!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı idmançı rusiyalı biznesmeni öldürdü

!Reklam – Yazi

oldeurdu rusiyaRusiyada azərbaycanlı idmançı şirkət rəhbərini öldürüb.

Hadisə Tula vilayətində baş verib.

Tuladan olan iş adamı Kutuzova küçəsindəki “Aida” adlı kafenin yaxınlığında öldürülüb. İş adamının ölümünə yol açan dava fevral ayının 6-da baş verib.

Elektromontaj işləri ilə məşğul olan “Balqa” adlı MMC-nin direktoru olan Oleq Buyanov öz tanışı ilə mübahisə edib. İlkin məlumata görə, onlar arasında mübahisəyə səbəb köhnə borc olub. Mübahisə qısa zamanda davaya çevrilib.

Hadisə şahidlərinin məlumatına görə, Oleq Buyanovun dalaşdığı şəxs Azərbaycan vətəndaşı olan tanışı olub. Adı açıqlanmayan azərbaycanlı daha öncə idmanla məşğul olub. O, qarşı tərəfə cəmi iki zərbə vurub, bu zərbələrdən biri ölümcül olub. İş adamı kafedən getmək üçün çağırdığı taksinin yanındaca keçinib.

Faktla bağlı cinayət işi açılıb.(ans)

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv