!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı idmançı xüsusi amansızlıqla öldürülüb – Foto

!Reklam – Yazi

c1f9ef0e2d5b31960563aa46fd2906cbiRusiya Federasiyasının Sibay şəhərində qətlə yetirilən azərbaycanlı karate ustası Ceyhun Qəhrəmanov ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Bu barədə məlumat verən mərhumun qohumu hüquqşünas Səməd Vəkilov bildirib ki, sentyabrın 25-də Sibay şəhərində qətlə yetirilən Ceyhun Qəhrəmanovun qətlə yetirilməsi ilə bağlı şübhəli məqamlar getdikcə artır: “Qətl hadisəsinin təfərrüatları mərhumun yaxınlarından gizlədilərək ona məhz bir bıçaq zərbəsi vurulduğunu söyləmişdilər. Sonradan bizə məlum oldu ki o “Urman” mağazasının yaxınlığında 32 yaşlı Tacikistan vətəndaşı tərəfində müəmmalı şəkildə çoxsaylı kəsici və deşici alətlərdən vurulmuş zərbə nəticəsində xüsusi amansızlıqla qətlə yetirilib. Onun meyiti küçədən tapılıb”.

Qeyd edək ki, C. Qəhrəmanov sentyabrın 25-də bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti Azərbaycana gətirilərək Bakının Pirşağı qəbiristanlığında torpağa tapşırılıb.

Onun ölümü ilə bağlı araşdırmalar davam etdirilir(APA).

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv