Azərbaycanlı infeksionist İspaniyada keçirilən konqresdə iştirak edib

İspaniyanın Madrid şəhərində Avropa Klinik Mikrobioloji və İnfeksion Xəstəliklər Cəmiyyətinin XXVIII Konqresi – ECCMİD (European Congress of Clinical Microbiology and İnfectious Diseases) keçirilib.

Bu konqresdə böyük Britaniya, ABŞ, Fransa, Almaniya, İspaniya, İtaliya, Avstriya, İsveçrə, Hollandiya, Belçika,Türkiyə, Azərbaycan və digərləri daxil olmaqla dünyanın 125-ə yaxın ölkəsindən 12000-dən çox aparıcı mütəxəssis iştirak etdi. Avropanın 67 cəmiyyəti ECCMİD konqresinin üzvüdür. Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəlikər üzrə mütəxəssis Elza Orucova bütün Avropada çox nüfuzlu sayılan bu cəmiyyətin tam üzvüdür və yoluxucu xəstəliklər üzrə mütəxəssis kimi dəvətli olunub. Qeyd etmək mühümdür ki, hər il keçirilməsi nəzərdə tutulan beynəlxalq konqres irəlidəki illərdə Amsterdamda və Parisdə planlaşdırılıb. Bu konqres klinik-mikrobiologiya və infeksion xəstəliklər üzrə cari ilin ən böyük tədbirlərindən sayılır. ECCMİD proqram komitəsi tərəfindən klinik-mikrobiologiya və infeksion xəstəliklərin diaqnozu və müalicəsinin bütün sahələrini əhatə edən elmi işlər, o cümlədən mühazirələr, simpoziumlar, şifahi və poster sessiyalar (2826) daha təkmil formada hazırlanmış və nəşr edilmişdir. Konqresin mövzusu klinik-mikrobiologiya və infeksion xəstəliklərin müasir problemlərinə, xüsusən mikrobioloji diaqnoza dair yeni yanaşmalar, antibiotiklərə qarşı rezistentlik, biotəbəqələr ilə bağlı infeksiyalar, problemli antibakterial müalicə, virus hepatitləri, qrip və digər respirator infeksiyalar, leyşmaniozlar, sitomeqalovirus infeksiyası, sepsis və s-yə həsr edilib.

Konqresdə E. Orucovanın üzv olduğu Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunolqlar İctimai Birliyi poster məruzə ilə çıxış edib.

COP29