Azərbaycanlı iş adamı başından güllələndi

Rusiyada azərbaycanlı iş adamı qətlə yetirilib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, onun meyiti küçədə aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, başından güllə yarası alan şəxs Füzuli adında 32 yaşlı Azərbaycan vətəndaşıdır.

Hadisədə şübhəli bilinən 46 yaşlı Azərbaycan vətəndaşı Mahir M.-in axtarışlarına başlanılıb.