Azərbaycanlı iş adamını qaçıran şəxslər saxlanıldı – Kiyevdə

Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı iş adamının qaçırılmasında əli olan iki şəxs saxlanılıb.

Yenicag.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev Prokurorluğu məlumat yayıb.

Qeyd olunur ki, iş adamı 2017-ci il dekabrın 11-də yaşadığı evin həyətindən oğurlanaraq Kiyevo-Svyatoşinsk rayonuna aparılıb. 50 yaşlı Azərbaycan əsilli şəxslə yanaşı, onunla əlbir olan 52 yaşlı bir nəfər də oxşar aqibətlə üzləşib.

Bu üzdən də Kiyevin Darnitsk Rayon Məhkəməsi cinayətkarlar barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları cinayətdə əli ola biləcək digər şəxslərin saxlanılması istiqamətində axtarış tədbirlərini davam etdirlər.

COP29