!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı iş adamının klubu oteldən qovuldu

!Reklam – Yazi

Türkiyənin II liqasında çıxış edən “Darıca Gənclərbirliyi” Antalyada məskunlaşdığı “Kervansaray Otel”dən qovulub.

Yenicag.az xəbər verir ki, buna səbəb klubun bağlanılan müqaviləyə əməl etməməsi olub.

Belə ki, Türkiyə klubu otelə ödəməli olduğu 88 min türk lirəsini verməkdən boyun qaçırıb.

Bildirilir ki, azərbaycanlı iş adamı Rauf İsmayılov maddi məsələni həll edə bilməyib. Buna görə də komandanı oteldən qovublar.

Qeyd edək ki, Rusiyada “Simurq Turizm” şirkətinin rəhbəri olan İsmayılov ötən ilin sonlarında sözügedən klubu alıb. Bir müddət öncə isə yerli azarkeşlər azərbaycanlı iş adamını dələduzluqda ittiham edərək istefaya səsləyirdi.

www.yenicag.az

952
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv