37 yaşlı azərbaycanlı iş adamı Zaur Həsənov Antaliyada şəxsi maşını ilə qəza törədib.
Yeniçağ.az xəbər verir ki, o, maşınını vuran sürücünü təqib edərkən, zərərvuranın yaxınları tərəfindən daşa basılıb. Zorakılığa məruz qalan iş adamı, maşını qəza törətdiyi ərazidə buraxaraq qaçıb.
Məlumata görə, qəza Antaliyanın Muratpaşa mahalı Termessos Bulvarı meydanında yerli vaxtla saat 15:00-da baş verib.
İş görüşməsindən qayıdan Zaur Həsənov, 07 YKN 07 nömrəli maşınla hərəkət edərkən qəza baş verib.
Qeyd edilir ki, azərbaycanlı iş adamı ilk öncə yol polisinə, daha sonra dostlarına zəng edərək kömək istəyib. Maşınını polisə təqdim edərək, heç kimdən şikayətçi olmadığını bildirib.
Yeniçağ.az