Azərbaycanlı iş adamının meyiti şkafdan tapıldı – FOTO

Türkiyənin Antalya şəhərində ticarətlə məşğul olan azərbaycanlı iş adamı Məcid Nukhiyev  ölü halda tapılıb.

Yenicag.az xəbər verir ki, 68 yaşlı kişinin cəsədi yataq otağındakı şkafdan elektrik naqili ilə asılmış vəziyyətdə aşkarlanıb. Kirayə yaşayan iş adamının öldüyü ev sahibinin mənzilə yollandığı zaman üzə çıxıb. Ev sahibi qapını döysə də, açan olmayıb. Evdən pis qoxu gəldiyini görən ev sahibi qapını açaraq mənzilə daxil olub və xoşagəlməz mənzərəyə şahidlik edib. İlkin araşdırmalara görə, Nukhiyev 5-6 gün öncə ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nukhiyev yanvar ayından etibarək Antalyada tək yaşayıb və portağal biznesi ilə məşğul olub.

COP29