“QARABAĞLI” şirkətinin sahibi, iş adamı Fuad Səfərəliyev, şirkətin nümayəndələri Hüseyn Qurbanov və Orxan Hacıyev Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarla görüşüb.
Yenicag.az xəbər verir ki, görüşdə bir sıra məsələlələr ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Ərsin Tatar Azərbaycanla Şimali Kipr arasında ticarət potensialının inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının təmin edilməsinin vacibliyini qeyd edib.
“QARABAĞLI” şirkətinin rəhbəri Fuad Səfərəliyev qəbula görə prezident Ərsin Tatara təşəkkür edib və Şimali Kiprdə yeni layihələr həyata keçirmək niyyətində olduqlarını bildirib.
Görüşün sonunda nümayəndə heyəti adından prezident Ərsin Tatara Azərbaycana aid milli arqumentli hədiyyə və Azərbaycanın milli brendi olan Avropa Birliyinin sertifikatını almış ilk orqanik şərab olan Meysəri şərabı təqdim edilib.
Qeyd edək ki, “QARABAĞLI” şirkəti Şimali Kipr Türk Respublikasında Meysəri şərabının rəsmi təmsilçisidir. Şirkət yaxın günlərdə milli brendlərimizin qardaş ŞKTR -da satışını həyata keçirəcək.