!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı İŞİD-çi ailəsi ilə danışdığı yerdə öldürüldü

!Reklam – Yazi

Xaçmaz rayonunun Yalama kəndindən olan və Suriyada İŞİD sıralarında döyüşən Azərbaycan vətəndaşı öldürülüb.

Yeniçağ.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Yalama kəndinin sakinləri veriblər.

Onların sözlərinə görə, Həbib Finyaz oğlu Hacımətov bir neçə il idi ki, Suriyada İŞİD sıralarında vuruşurdu. Onun həyat yoldaşı isə bu müddət ərzində Türkiyədə olub və hazırda da Türkiyədə olduğu ehtimal edilir.

Kənd sakinləri hadisənin ötən ay baş verdiyini, ailəsinin isə Həbibin öldüyünü yalnız indi dəqiqləşdirə bildiyini qeyd edib. Hacımətov fevral ayında Raqqa şəhərindəki internet klubların birindən Yalamadakı ata-anası ilə danışırmış. Qəflətən danışıq kəsilib. Sonradan məlum olub ki, internet klub partladılıb və Həbib də həlak olub.

Yeniçağ.az

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv