!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD mediası azərbaycanlıya tapşırıldı

!Reklam – Yazi

ışid

İŞİD media ilə əlaqələrini artıq rəsmiləşdirir. YENİCAG.AZ xəbər verir ki, İŞİD tərkibində qurulan “Elm, Texnologiya və Media Nazirliyi” bunun üçün ilk addımları atmağa başlayıb.

İŞİD-ə bağlı “əl Furqan”, “əl Hayat”, “əl Ecnad” və “əl İtisam” adlı media qurumlarının fəaliyyətinin genişlənilməsi ilə bərabər, Türkiyədə fəaliyyət göstərən takvahaber.com da terror təşkilatının rəsmi himayəsi altına alınıb.

Saytın xəbərinə görə, “İslam Dövlətinin Elm,Texnologiya və Media nazirliyi nəzdində Təqva Xəbərə xüsusi bir ofis açılıb”.

İŞİD-in Türkiyədəki ilk və tək rəsmi saytı olan Təqva Xəbərin Hələbdəki ofisi Menbic ərazisində olacaq. Həmin ərazi İŞİD-in kontrolundadır.

İŞİD-in adı çəkilən nazirliyində vəzifə alan Əbu Həmzə əl-Azərinin rəhbərlik edəcəyi ofisdə hazırda iki ştat yeri var.

Sayt bildirir ki, 5 redaktor və 2 tərcüməçisi ilə fəaliyyət göstərən, Təqva Xəbər bundan sonra İŞİD-in digər yayın orqanları ilə paralel hərəkət edəcək və hadisələrdən daha operativ xəbər verə biləcək.

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv