Azərbaycanlı iştirakçı “O Səs Türkiyə”də ağladı: “Sevdiyim qızın toyu olacaq” – VİDEO

“O Səs Türkiyə” yarışmasının azərbaycanlı iştirakçısı Ozan Əhmədov növbəti çıxışında da diqqət mərkəzinə düşməyi bacarıb.

Yenicag.az xəbər verir ki, “Duyanlara duymayanlara” mahnısı ifa edən Əhmədov, oxuduqdan sonra göz yaşlarını saxlaya bilməyib.

Münsiflər heyətinin üzvü Hadisə Ozandan göz yaşlarının səbəbini soruşarkən, azərbaycanlı ifaçı sevdiyi qızı 10 ildir görmədiyini, yaxınlarda toyu olacağını bildirib.

Həmin anın videosunu təqdim edirik:

Loading...