!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı iş adamından böyük zəfər üçün anlamlı mesaj - İstanbulda

!Reklam – Yazi

Azərbaycan ordusunu Qarabağda qazandığı şanlı qələbə qardaş Türkiyədə də geniş bayram edilir. Virtualaz.org xəbər verir ki, Türkiyənin hər yerində bələdiyyə və digər ictimai binalardan Türkiyə və Azərbaycan bayraqları yanaşı asılıb. Həmin bayraqlardan ən böyüyü İstanbulun ən gur küçələrindən olan Böyükdərə küçəsində “Hayatt Centry” otel və biznes mərkəzinin çöl divarını bəzəyir.

“Haber Global” telekanalının reportajında bildirilir ki, binanın divarını tam örtən həmin bayrağı azərbaycanlı iş adamı Anar Əliyev asdırıb. Bayraq Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olmasını, iki ölkə arasında ayrılmaz qardaşlıq münasibətlərini ifadə etmək üçün rəmzi olaraq vahid parçada birləşib.

Binanın bir tərəfində isə Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi porterti atılıb. Bu portretin üstündə “Millətimiz sizilə qürur duyur!” sözləri yazılıb.

Azərbaycanlı iş adamı habeə otelin üçüncü divarına ayrıca olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nəhəng portretini də asdırıb. Portretin üstündə Ərdoğana torpaqlarını azad etmək uğrunda apardığı savaşda Azərbaycana verdiyi dəstəyə minnətdarlıq ifadəsi olaraq “Azərbaycan Sizinlə qürur duyur!” sözləri yazılıb.

www.yenicag.az

990
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv