Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı jurnalist İrəvanda çəkiliş etdi? –  FOTO / VİDEO

Tanınmış jurnalist Tehran Orucoğlu yenidən ARB televiziyasında işə başlayıb.

ARB televiziyası yeni layihəyə start verib.

Yenicag.az xəbər verir ki, siyasi analitikalar, araşdırmalar təqdim edən jurnalist Tehran Orucoğlu bu dəfə Ermənistanın revanşist cəhdləri ilə bağlı material təqdim edib.

Diqqət çəkən məqam isə onun İrəvan küçələrində Ermənistan həqiqətlərinindən danışması olub.

Hər həftənin bazar günü, saat 20:30-da ARB-də yayımlanacaq “Diqqət Efir” verilişinin aparıcı Anar Nəcəfli, layihə rəhbəri isə uzun illərdir televiziya sahəsində çalışan Ruslan Harayevdir. O həm də “Günə doğru” və “Günün ardınca” proqramlarının layihə rəhbəridir.

45 dəqiqə efirdə olacaq proqram siyasi analitikaları, mədəniyyət sahəsini, məişət problemlərini əhatə edəcək.

Komandanın tərkibi də peşəkarlardan ibarətdir. Tehran Orucoğlu ilə yanaşı, Turan Ədalət, İlkin Həsənli, Şəfəq Samed və Məryəm Hüseynin hazırladığı geniş araşdırma reportajları həm də Azərbaycanda ilk səciyyəsi daşıyır.

www.yenicag.az

322
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100