!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı jurnalist Rusiyada həbs olundu - Həyat yoldaşından SƏRT İTTİHAM

!Reklam – Yazi

Rusiyada yaşayan Azərbaycanlı məşhur jurnalist Roman Ağayev həbs olunub.

Yenicag.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Leyla Məmmədova məlumat verib.

Onun sözlərinə görə, növbəti məhkəmə prosesi martın 16-sında baş tutacaq.

Jurnalistin həyat yoldaşı bildirib: “Keçən ilin oktyabr ayından etibarən xainlərin sui-qəsdləri nəticəsində vətənsevər Roman Ağayev həbs edilib”.

“Romana qarşı aparılan bütün proses qanunsuzluğun və zülmün bariz sübutudur.
Qızım və mən də işdən çıxarıldıq. Mübarizə aparırıq. Pulun, böhtanın və yalanın təzyiqi altında əyilmir, ədaləti bərpa etmək üçün maksimum səy göstəririk. Bu çirkin işin sifarişçiləri və icraçıları layiq olduqları cəzanı çəkirlər”, – deyə Leyla M. deyib.

Qeyd edək ki, Roman ağayev “AzərRos” un Moskva bölməsinin rəhbəri, mətbuatda “qızını erməniyə ərə verən diaspor sədri” kimi tanınan Ağadadaş Kərimovun şikayətindən sonra saxlanılıb.

www.yenicag.az

1600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv