!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı jurnalistdən çox cəsarətli addım - Gürcüstanda/FOTO

!Reklam – Yazi

Gürcüstanın müxalif kanalı “Rustavi 2”-nin hakim dairələrin nəzarətinə keçməsi kanaldakı müxaliflərin istefası və ya işdən çıxarılmaları ilə müşahidə olunur.

Uzun illərdən bəri bu telekanalda çalışan azərbaycanlı jurnalist Ceyhun Narzalov da istefa bayrağını çəkənlər arasındadır.

Belə ki, müxalif mövqeyi ilə bilinən telejurnalist “Rustavi 2”-dən könüllü olaraq, ayrıldığını bildirib.

Ceyhun Narzalov mövqeyini sosial şəbəkədə paylaşıb: “Bu da son! Artıq ölkənin N:1 televiziyası (artıq hakimiyyət tərəfindən işğal olunmuş televiziyadan) olan “Rustavi 2”-dən istefa ərizəsini yazdım. Bu televizyada mən kariyeramın ən ciddi mərhələsinə addım atdım. Bu televizyanın komandası məni yetişdirdi. İşi bacarmayanda, yıxılanda məni qaldırıb ayaq üstə qoydular və yeriməyi öyrətdilər. İşlədiyim müddətdə regionun problemlərini və sağlam nəsli üzə çıxarmaq üçün əlimdən gələni etdim. İrəlidə meqa layihələrimiz var idi. Təbii ki mənim iştirakımla, ama nə etmək olar. Başqa pəncərədən işıq üzünüzə işıq saçacaq əmin olun. Bir dəfə də olsun özümü tək hesab etmədim. Təəssüflər olsun, bu gün elə bir zaman gəldi ki, komanda olaraq bu televiziyanı tərk edəsi oluruq. Ədalətsizliyə boyun əyə bilmərik. Mən sadəcə və sadəcə oliqarx tərəfindən işğal olunmuş televiziyada işləmək istəmirəm.

P.S. Sabah günəş başqa yerdən daha gözəl çıxacaq və daha gözəl işıqlı olacaq”.

Jurnalistin cəsarətli addımı həm gürcü, həm də azərbaycanlılar arasında rezonans doğurub və əksəriyyət bu addımını təqdir edib.

www.yenicag.az

3225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv