Azərbaycanlı jurnalistlər Aya Sofyada – FOTOLAR

Türkiyədə səfərdə olan bir qrup azərbaycanlı jurnalist Aya Sofya Məscidində olub.

Yenicag.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu ölkədə işgüzar səfərdə olan azərbaycanlı jurnalistlər 86 il sonra yenidən ibadətə açılan Aya Sofya Məscidi ilə Topqapı Sarayında olublar.

 

Bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı bir dönəmdə Türkiyənin həyata keçirdiyi “Safe Tourism” proqramının turistlərdə yaratdığı əminliyin bu gün ölkəyə turist axınını sürətləndirdiyini müşahidə edən jurnalistlər Aya Sofya Məscidi və Topqapı Sarayında turistlərin sağlamlığı ilə bağlı görülən tədbirlərlə yaxından tanış olublar.

 

Bundan əlavə, onlara Aya Sofya Məscidi, Topqapı Sarayı və Sultan Əhməd Məscidinin tarixinə dair məlumatlar verilib.

Aqil Bəkir / İstanbul-Ankara