Azərbaycanlı “Kobra” dünya kəməri uğrunda döyüşə çıxacaq

“Qəbələ” İdman Klubunun idmançısı, əməkdar idman ustası, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu, Bakıda keçirilən IV İslam Oyunlarının uşu sanda üzrə bürünc mükafatçısı, “Kobra” ləqəbi ilə tanınan Pərviz Abdullayev növbəti döyüşünə çıxacaq.

Yenicag.az xəbər verir ki, aprelin 20-də Moskvada keçiriləcək mötəbər “ACB KB 15” turnirində Pərviz 77 kq çəki dərəcəsində dünya kəməri ugrunda mübarizə aparacaq. Döyüşçümüzün rəqibi çeçen əsilli Rusiya idmançısı İslam Baybatırov olacaq.

Sözügedən vacib qarşılaşma ilə bağlı mətbuat konfransı keçiriləcək. Tədbir aprelin 13-də saat 11:30-da Boks Federasiyasının Mətbuat Zalında (AMAY ticarət mərkəzinin yaxınlığı) təşkil olunacaq.

COP29