!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölən görməyəcək, qalan görəcək: Azərbaycanda dəfn xərcləri QARŞILANA BİLƏRMİ? - AÇIQLAMA

!Reklam – Yazi

“Azərbaycanda dəfnlə bağlı konkret olaraq sığorta məhsulu olmasa da, ölüm halları ilə bağlı müxtəlif sığorta paketləri mövcuddur”.

Bunu Azərbaycanda vəfat etmiş şəxsin dəfn xərclərinin qarşılanması üçün yerli sığorta şirkətlərinin sığorta paketi təklif etməmələrinin səbəbini şərh edərkən sığorta üzrə ekspert İlkin İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

O, dəfn sığortasına maraq çox olarsa və sığorta şirkətləri tərəfindən risk qiymətləndirildikdən sonra onlara cəlbedici gələrsə, o zaman Azərbaycanda bu paketin tətbiq edilə biləcəyini bildirib:

“Azərbaycanda dəfnlə bağlı konkret olaraq sığorta məhsulu yoxdur. Amma avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı ölkəmizdə ölüm halında sığorta kompensasiyası mövcuddur və onun məbləği 5 min manatdır.

Həyat sığortasında isə ölümlə bağlı kompensasiya məbləği daha çox olur. Amma bu sığorta bədbəxt hadisələrlə bağlıdır.

Bundan başqa, icbari şəxsi sığortalarda da ölüm halı zamanı müəyyən kompensasiyalar ödənilir. Məsələn, hərbi qulluqçularda icbari şəxsi sığortanın məbləği 11 min manatdır.

Məhkəmə və hüquq mühafizə orqanları işçiləri isə icbari şəxsi sığorta ilə 5 illik əməkhaqqı məbləğində sığorta edilir.

Əgər ölüm halı daha az baş verirsə və daha çox adam sığorta alırsa, o zaman sığorta haqqı daha aşağı olur. Yəni ilk olaraq sığorta riskləri müəyyən edilməlidir. Ona maraq az olarsa, deməli, sığorta məhsulu yaxşı deyil. Buna görə də sığorta haqqı da yuxarı olur.

Bu, məcburi deyil, könüllü sığorta olduğuna görə, sığorta şirkətləri öz məhsullarını buraxmaq səlahiyyətinə malikdirlər. Burada maraqdan asılı olaraq məbləğ az və ya çox ola bilər”.

Sadiq Cavadov

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv