Azərbaycanlı “qanuni oğru” Cavid Məmmədov Ukraynadan deportasiya olunub.
Yenicag.az xəbər verir ki, 32 yaşlı kriminal avtoritet “Dato Ağcabədinski” ləqəbilə məşhur olan Məmmədovla birlikdə “qanuni oğru”lar 36 yaşlı Tengiz Çaraya (Tenqo Qalski) və 41 yaşlı Ceyran Kintsuraşvili (Ceyran Xonski) də Ukraynadan uzaqlaşdırılıb.
Məsələ burasındadır ki, Cavid Məmmədovun 2018-ci ilin iyulundan Ukraynaya girişi qadağan olunmasına baxmayaraq, “Dato” may ayından etibarən 4 dəfə müxtəlif regionlardan bu ölkəyə daxil olmağa çalışıb.
O, bu ilin 5 ayı ərzində 4 dəfə Ukraynadan deportasiya olunub.