Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Azərbaycanlı milyarder 436 milyonluq yaxtasını arvadından geri aldı

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov İngiltərə məhkəməsi tərəfindən keçmiş həyat yoldaşına verilməsi qərara alınan 436 milyon dollarlıq lüks yaxtasını geri alıb.

Yenicag.az xəbər verir ki, Dubayın Apellyasiya məhkəməsi İngiltərə məhkəməsinin yaxtanın müsadirə edilməsi qərarını ləğv edib.

Vəkili Əhmədovun qərara sevindiyini, ancaq təəccüblənmədiyini qeyd edib. Tatyana Əhmədovanın vəkilləri isə Dubaydakı məhkəmələrdə təşəbbüslərini davam etdirəcəklərini açıqlayıb.

Qeyd edək ki, Əhmədov İngiltərədə keçirilən məhkəmədə həyat yoldaşı ilə 2000-ci ildə boşandığını açıqlayıb. Məhkəmə isə boşanma sənədlərinin saxta olduğu qənaətinə gələrək, Fərhad Əhmədovun 1.4 milyard dollarlıq sərvətinin 600 milyon dollarını Tatyana Əhmədovaya ödəməsinə qərar verib.

www.yenicag.az

454