!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı milyarderin istintaqı tamamlandı - Təfərrüat

!Reklam – Yazi

“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla bağlı başladılan FETÖ istintaqı sona çatıb. M.Mənsimova “silahlı terror qruplaşması üzvü olmaq” ittihamı ilə 7.5 ildən 15 ilə qədər həbs cəzası tələb edilib.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən hazırlanan 26 səhifəlik iddianamə İstanbul Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Üç hissədən ibarət iddianamədə M.Mənsimovun əməlləri və barəsində ortaya çıxan faktlar tək-tək ifadə olunub.

İddianamədə M.Mənsimovun FETÖ-nün rəhbərlərindən sayılan fərari Akın İpek və İhsan Kalkavanla yanaşı, Suat Yıldırım, Süleyman Uysalla sıx telefon əlaqəsi saxladığı, qruplaşmanın Rusiya imamı Ahmet Hamdi Vuralla isə iş yerində görüşdüyü qeyd olunub. M.Mənsimov sözügedən şəxslə keçirilən görüşlərdə ehtiyatı əldən verməyərək, siqnalkəsici “jammer”lərdən istifadə edib.

FETÖ liderinin əşyalarını muzeydə sərgiləyib

İddianaməyə əsasən, M.Mənsimovun 17-25 dekabr çevriliş cəhdindən əvvəl FETÖ ilə yaratdığı sıx əlaqə, bu prosesdən sonra da davam edib. Qruplaşmanın lider heyəti ilə 2016-cı ilə qədər sıx əlaqə və əməkdaşlığı davam etdirib.

M.Mənsimov hətta FETÖ lideri Fətullah Gülənlə üz-üzə görüşüb, şəxsi əşyalarını ondan alıb, qurduğu muzeydə nümayiş etdirəcək dərəcədə qruplaşmaya bağlılıq nümayiş etdirib. O, qruplaşmanın xaricdəki məktəb və dərnəklərinin mövcudluq və fəaliyyətini davam etdirə bilməsi üçün maddi yardım da göstərib.

Sıx əlaqə və qruplaşmaya xas davranış nümayiş etdirib

M.Mənsimovun saxlanıldıqdan sonra FETÖ üzvlərinə xas şəkildə müdafiə olunmağı rədd etdiyi vurğulanan iddianamədə “şübhəli şəxsin əməllərinin davamlılığı, intensivliyi və müxtəlifliyi nəzərə alınaraq, şübhəli şəxsin təşkilat daxilində müxtəlif və intensiv şəkildə müəyyən edilmiş əməllərlə təşkilata bağlı olduğu və təşkilatın təlimatlarına uyğun olaraq həyata keçirdiyi fəaliyyətlərinin olduğu barədə sübutlar əldə edilib.

“Güləni tərifləyin”

İddianamədə M.Mənsimovun evindən çıxan materiallara da diqqət yetirilib. İş ünvanında mavi qovluq içərisində Rusiyanın “İzvestiya” qazetinin “Fətullah Güləni tərifləyin” ifadəsi qeyd olunmuş bir hissəsi və çox sayda rəqəmsal material ələ keçirilib. Sözügedən materiallarla bağlı aparılan ekspertiza hələ də davam edir.

Gülənin qardaşı oğlu ilə Bodrumdan Rusiyaya özəl uçuş

M.Mənsimovun fərari Akın İpeklə 2010-cu ildən 2015-ci ilə qədər 67 dəfə əlaqə saxlaması müəyyən edilib. M.Mənsimovun, həmçinin, F.Gülənin qardaşı oğlu Selman Gülənlə 2013-cü ilin avqust ayında Bodrumdan Rusiyaya şəxsi təyyarə ilə səfər etdikləri müəyyən edilib.

Təyyarəsini F.Gülənə təklif edib: “Ölkənin sizə ehtiyacı var”

M.Mənsimovla bağlı ifadə verən şahid A.A.-nın ifadəsinə əsasən, o, qruplaşma lideri F.Güləni 2009 və 2010-cu illərdə ziyarət edib. Burada M.Mənsimov F.Gülənə “Nə zaman qayıdırsınız?” sualını ünvanlayıb. F.Gülən isə buna “bəlli deyil” cavabını verib. FETÖ liderinin cavabından sonra isə M.Mənsimov bu fikri səsləndirib:

“Təyyarəm burada hazırdır, istəsəniz, sizi hər zaman apara bilərik, bu ölkənin sizə ehtiyacı var”.

Qeyd edək ki, prokurorluq şübhəli M.Mənsimovun “silahlı terror qruplaşmasına üzv olma” ittihamı ilə cəzalandırılmasını tələb edib. M.Mənsimovun işinə yaxın günlərdə İstanbul Ağır Cinayətlər Məhkəməsində baxılacaq./oxu/

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv