Azərbaycanlı milyarderin oğlu ən varlı varisdir – Fotolar

13219793_1162235693810271_1011418322_nRusiyanın “LUKoyl” şirkətinin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov “Forbes” jurnalının hazırladığı Rusiyanın ən varlı varisləri siyahısında birinci olub.

Ələkbərova atasından 8,9 milyard dollar vəsait qala bilər.

Reytinq siyahısında ikinci yerdə 8,2 milyard dollarlıq göstərici ilə “Evroxim” şirkətinin rəhbəri Andrey Melniçenkonın dörd yaşlı qızı tara gəlir

Üçüncü yerdə isə “Novotek” və “Sibura” şirkətlərinin rəhbəri Leonid Mixelsonun qızı Vikteriya Mixelson qərarlaşıb.

Qeyd edək ki, ötən il məhz bu xanım reytinqdə lider olub. Lakin 2015-ci ildə onun qardaşı dünyaya gəldiyindən jurnalistlər Leonid Mixelsonun sərvətini (14,4 milyard) iki yerə bölüblər.

Bundan əlavə, ən varlı varislərin olduğu siyahıya “Alfa Qrup”un sahibi Aleksey Kuzmiçevin qızı (6,7 milyard dollar), “Maqnit” şəbəkəsinin rəhbəri Sergey Qalitskinin qızı (,7 milyard dollar), Viktor Vekselberqin qızları (5,5 milyard dollar), İskəndər Mahmudovun oğlu (4 milyard dollar) və digər şəxslərin də adları daxil edilib.

Rusiyanın ən varlı varisini fotolarını təqdim edirik: