Azərbaycanlı müğənni ÇƏTİN DURUMDA: “Deyir başına tük əkdir”

Müğənni Eldəniz Məmmədov ona tez-tez ünvanlanan sualdan narahatlığını dilə gətirib.

Yenicag.az-a açıqlama verən müğənni heç vaxt zahiri görünüşünə görə kompleks yaşamadığını deyib:

“Bəzən efirlərdə mənə sual verirlər ki, niyə başına tük əkdirmirsən? Axı, indi çoxları bu vasitədən istifadə edir. Deyirəm mənə lazım deyil. Əgər kimsə məni məclisinə, toyuna başımdakı tükün sayına görə dəvət edəcəksə, heç bəri başdan çağırmasın. Söz yox ki, sənət adamları arasında başına tük əkdirənlər var, buna normal baxıram. Əcəb edirlər, özləri bilər. Amma mənim öz xarakterim var və məni  belə də bəyənirlər.  Səsimi dinləyən adamlar mənə məhz sənətimə görə dəyər verir. Anam da həmişə deyir ki, a bala, görürsən həmkarlarının saçı necə gurdur, çoxunun saçı var, sən də başına tük əkdir. Onu qınamıram, anadır, istəyir ki, oğlu səhnəyə çıxanda hamı ona baxsın. Amma  heç vaxt bunu eləməyəcəyimi deyirəm”.

Müğənni giley-güzarını da gizlətməyib:

“Bu yaxınlarda solo-konsert verdim, zal ayağa qalxıb, Azərbaycan bayrağını başı üstə qaldırmışdı. Bunu deyən olmadı. Amma səhnədə ayağım burxulsaydı,  hamı bundan danışacaqdı. Mən istəyirəm sənətimlə gündəmə gəlim”.

Cəvahir