!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı müğənni kamera qarşısına yarıçılpaq keçdi: "Danış" - VİDEO

!Reklam – Yazi

Dilarə Kazımova büstqaltersiz halda fotosessiya etdirib.

Yenicag.az xəbər verir ki, bu il durmadan öz yaradıcılığında yeniliklərə imza atan müğənni Dilarə Kazımova yeni işi ilə dinləyicilərini sevindirib. Müğənni “Dəm olmuşam”, “Yalnız səni gözlədim” kimi hitlərdən sonra “Danış” adlanan yeni mahnısını təqdim edib. O, mahnının tam hissəsini sosial şəbəkədə paylaşdıqdan dərhal sonra onun haqqında müsbət rəylər almağa başlayıb. Sözügedən mahnı ilk sədalarından musiqisi və sözləri ilə dinləyicini öz sehrinə sala bilib.

Son günlərdə cəlbedici bədəni və seksual fotoları ilə gündəm yaradan ulduz yeni fotosessiya da etdirib. Lakin müğənni bu fotoların sosial şəbəkələrdə müzakirələrə səbəb olacağını əsas gətirərək onları paylaşamamağa qərar verib. Bununla belə ulduz yeni mahnısı üçün hazırlanan video çarxda bu fotolardan birini istifadə edib.

”Danış” mahnısı artıq bütün ölkə radiolarına da təqdim edilib.

Qeyd edək ki, mahnının sözləri “Bumerang label” şirkətinin rəhbəri Nigar Məmmədovaya, mahnısı Camal Qurbanova məxsusdur. Səs tembrı və özünəməxsus ifası ilə seçilən Dilarə Kazımovanın yeni mahnısını təqdim edirik.

www.yenicag.az

2982
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv