Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı müğənni lüks saat brendi "Raymond Weil"in siması oldu - Foto/Video

 Bu gün Bakıda İsveçrənin lüks saatlar istehsalçısı olan “Raymond Weil” brend şirkətinin yeni marka saatlarının təqdimatı keçirilib. 

Yenicag.az xəbər verir ki, tədbirdə “Raymond Weil” şirkətinin 38 ölkə, o cümlədən Azərbaycan üzrə baş direktoru Xose Ramos, VMF şirkətinin baş direktoru Aidə Əliyeva, digər şirkət nümayəndələri və saat həvəskarları, o cümlədən media nümayəndələri iştirak edib. 

Tədbirə açılış sözü ilə başlayan VMF şirkətinin baş direktoru Aidə Əliyeva, təmsil etdiyi şirkətin “Raymond Weil” şirkəti ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın daha da genişləndirilməsini qarşılarına məqsəd olaraq qoyduqlarını qeyd edib.

Daha sonra çıxış edən “Raymond Weil” şirkətinin baş direktoru Xose Ramos Azərbaycanda olmasından məmnunluq hissi keçirdiyini, Azərbaycanda təmsil olunmaqdan qürur hissi duyduğunu söyləyib. Şirkətin tarixi və fəalliyyəti haqqında dinləyicilərə məruzə edən Xose Ramos Azərbaycan bazarında daha da möhkəmlənmək məqsədlərini qeyd edib. O yeni istehsal olunan saat brendlərini də təqdim edib.

Lüks Isveçrə saat markası “Raymond Weil” “Eurovison” təmsilçimiz Aysel Məmmədovanı brendin Azərbaycandakı siması elan edib. 

Şirkət 1997-ci ildən Azərbaycan saat bazarında fəaliyyət göstərir. Əsası isə, 1977-ci ildə Isveçrədə Raymond Weil tərəfindən qoyulub.

 

www.yenicag.az

2644
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100