Azərbaycanlı müğənni qəza keçirdi – 3 nəfər öldü/VİDEO

Cənubi Azərbaycandan olan müğənni Afşin Azəri ağır avtomobil qəzası keçirib.

Yenicag.az-ın məlumatına görə, hadisə Təbrizdə baş verib. Qəza zamanı ifaçının ailəsi də maşında olub.

İki avtomobil yolda toqquşub. Nəticədə digər avtomobildəki 3 nəfər dünyasını dəyişib. Afşinin ailə üzvləri isə xəstəxanaya yerləşdiriliblər. Sənətçi günahın qarşı tərəfdən gələn maşında olduğunu söyləyib.

Qeyd edək ki, Afşin Azəri bir müddət əvvəl Azərbaycanda da məşhurlaşmaq istəyirdi. O, dəfələrlə Azərbaycan kanallarında qonaq olub./Axşam/