Azərbaycanlı müğənni “Semaşko”da öldü

Azərbaycanlı müğənni Toğrul Həbibi dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, bir neçə gün öncə koronavirusa yoluxan 37 yaşlı müğənni bu gün dünyasını dəyişib.

Müğənni 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə edilirdi və komada olduğu bildirilmişdi.

İnfeksiya səbəbindən onun ciyərlərinin 90 faizi fəaliyyətini dayandırmışdı./Azxeber/