Azərbaycanlı müğənni sığınacaq axtarır – Trampın qərarından sonra

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.

Məsələyə ABŞ-da yaşayan, əslən azərbaycanlı olan müğənni Ququş da münasibət bildirib.

Uzun müddətdir ki, Los-Angelesdə yaşayan və qrin karta sahib olan Ququş “Euronews”a müsahibə verib.

Sənətçi hələlik Londonda olduğunu, vizasının bir neçə ay sonra bitəcəyini söyləyib:

“Vəziyyət məni 37 il əvvəlki vəziyyətə qaytardı. Tehrandan Londona məcbur getdiyimi vaxtlar… Eyni duyğuları təkrar hiss etdim. İslam rejiminin iqtidara gəlməsi ilə səhnə fəaliyyətim dayandırıldı. 21 il mahnı oxumağıma qadağa qoyuldu. Bir neçə gün əvvəl mənə Qaçqınlar Bürosundan vəkilim zəng vurdu. Qəlbimdə keçmiş duyğular oyandı. Bəli, hava limanında problemlərlə üzləşməkdən qorxuram.

ABŞ mənim ikinci evimdir. İrandan gəldiyim, müsəlman olduğum üçün ölkəyə girişimə qadağa qoyulacağından narahatam. Fərmandan sonra ikinci evimdən də sürgün ediləcəyimi hiss etdim. Bu evimdən çıxarılsam, özümə qalmağa başqa ev axtaracağam. Şengen vizası bir neçə ay sonra bitəcək. İrana qayıtmağım mümkün deyil, yenə tərəfsiz bir bölgədə yalnız qalacam”.(Qafqazinfo.az)

Yenicag.az