Müğənni Şahin İsmayılov bəzi müğənnilərlə bağlı sərt fikirlər səsləndirib.
Yenicag.az xəbər verir ki, o, canlı yayımda aparıcının “Əlikram Bayramova çox qonorar verirlər, yoxsa sizə”,- sualını cavablandırıb.
O, bayağı müğənnilərin daha çox toylara dəvət aldığını deyib:
“Azərbaycanda son 20-25 il ərzində insanların zövqü çox korlanıb. Bayağı mahnılar oxuyan müğənnilərə daha çox qonorar verilir. Bu dəqiqə bir çox ailələrdə uşağın sözü keçərlidir. Hansı evdə atanın sözü keçərlidirsə, toya məni dəvət edirlər. Hansı evdə uşağın sözü keçir, orda qulağı sırğalı üzdəniraq müğənnilər dəvət olunur”.
“Saranın Hədəfində” verilişindən olan görüntüləri təqdim edirik:
Nehru