!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı müğənnidən SƏRT SÖZLƏR: “Toyda böyürə-böyürə oxuyur, sənətkaram deyir”

!Reklam – Yazi

“Pul verib, proqramlara çıxan insanlar yanında oturanda, bilmirsən aparıcıya sözünü deyəsən, ya telekanal rəhbərinə. Çox şeylər məni sıxdı, çıxıb getdim”.

Bunu Türkiyədə yaşayan və Azərbaycandan getməsi səbəblərindən danışarkən tanınmış müğənni Bəturə Hüseynova Yenicag.az-a açıqlamasında deyib:

Sənətçi musiqi aləmində baş alıb gedən hərc-mərclikdən danışaraq, bezdiyini, yorulduğunu bildirib:

“O qədər çox şeylər yaşandı ki… 11 yaşımdan musiqi cameəsində olan bir insanam və sənətçi kimi yetişdirildiyim üçün yoldan keçən bir müğənni kimi deyil, hər şeyə bir qədər fərqli yanaşmağa məcburam.

Qatıldığım proqramlarda çox vaxt aparıcılar bilməyib məni əməkdar, ya xalq artisti kimi təqdim etsin. Özümdən soruşduqlarında fəxri adımın olmadığını demişəm. Fəxri adlar verilən müğənnilərin bir çoxunun musiqidən heç xəbəri yoxdur. Heç doğru-düzgün səsləri də yoxdur. Toylarda bir iki dənə ana, qardaş, bacı haqqında muğam əzbərləyib, “sənətkaram” adı altında bağıra-bağıra da yox e, üzr istəyirəm ifadəmə görə, böyürə-böyürə oxuyurlar. Milləti də aldadırlar. Millətin də özü aldanmağa meyllidir. Elə bilir ki, elə o sənətkardır.

Əsl sənətkarların heç biri çörək qazana bilmir. Belələri ilə niyə çiyin-çiyinə çalışım? Artıq insanda həvəs də qalmır çalışmağa. Sənətimdən danışır, sənətkarsan deyirlər. Amma baxırsan ki, səndən sonra gələn müğənninin qarşısında fişənglər atılır. Bəs bayaqdan sənətdən, sənətkardan danışırdız?

Pul verib proqramlara çıxan insanlar yanında oturanda, bilmirsən, aparıcıya sözünü deyəsən, ya telekanalın rəhbərinə. Belə şeylər məni çox sıxdı, çıxıb getdim. İstədim oğlumla daha çox vaxt keçirim. Pandemiya da bir yandan çətinliklər yaratdı.

Bütün mahnılarımı öz büdcəm hesabına etdim. Heç kimdən dəstək görmədim, mənimlə işləmək istəyində olanların saxtakarlığını gördüm”.

Cəvahir

www.yenicag.az

1180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv