Azərbaycanlı müğənnilər koronavirusdan belə qorunur

Xanəndə, əməkdar artist Babək Niftəliyev koronavirus təhlükəsindən qorunmaq üçün yaxın təmasdan görüşmələri qadağan edib:

“Yaxından görüşmək olmaz. Buna görə yaxınlar, dostlar, tanışlarım məndən inciyir. Onlar yaxınlaşmaq istəyəndə uzaqdan deyirəm ki, korona. Qardaş görüşmə də mənimlə. Uzaqdan o virus keçə bilməz. Bir də əlləri tez-tez yumaq, ümumiyyətlə, təmizliyə riayət etmək lazımdır. Bəlkə də bu, Allahın göndərdiyi bir şeydir ki, yəni, insanlar, bir az da təmiz olun”.

Müğənni Sevda Yahyayeva belə qorunur:

“Əllərimi tez-tez yuyuram, işim olmasa evdən bayıra çıxmıram. Önəmli olan sağlamlığımdır”.

Müğənni Ayaz Qasımov maska ilə gəzdiyini deyib:

“Bu virusa biganə qalmaq olmaz, çox ciddi yanaşmaq, deyilənlərə riayət etmək lazımdır”.

O, hətta Xəzər TV-nin “5/5” verilişində qara əlcəklə iştirak edib.

Cəvahir