Azərbaycanlı müğənnilərin Rusiyadakı toy bazarına ZƏRBƏ: ”Dedilər, Rostov bombalanır, gəlmə…”

“Canımı dərd alıb ki, biz neyləyəcəyik?”.

Bunu tanınmış sənətçi Samirə Yusifqızı Rusiyada dünən gecədən yaşanan gərginlik və bu gərginliyə görə kütləvi tədbirlərin ləğv olunması xəbərinə münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi baş verənlərin Azərbaycan sənətçilərinin də toy bazarına mənfi təsir göstərəcəyni bildirib və bundan sarsıldığını deyib:

“Bu hadisələrin tüğyanı hamımıza çox pis təsir edib. İndi Bakıdayam, amma tez-tez Rusiyada tədbirlərdə oluram. Baş verənlər məni şoka salır. Sentyabr ayında Rusiyada bir neçə toy dəvətim var. O vaxta qədər bilmirəm vəziyyət necə olacaq? Rusiya qaynar qazan kimi qaynayır, əhali çaşqın vəziyyətdədir. Oğlum da Rusiyada yaşayır. Amma hazırda Türkiyədədir. Yenidən Rusiyaya qayıtmaq istəsə də, mümkün olmayıb. Ona deyiblər ki, gəlməyin. Rostov yandırılır, bombalanır, vəziyyət gərgindir.

Sirr deyil ki, bu müğənnilərin 20-30 faizinin qazancı Rusiya toy bazarından çıxır. Həmçinin də biz oradan gətirdiyimiz qazancla ailələrimizi dolandırırıq. Bu hadisələr məni çox sarsıdır. Canımı dərd alıb ki, biz neyləyəcəyik? Başqalarının gözündə xoşbəxt görünsək də, biz sənət adamlarının nə qədər problemləri var. Gəlirimiz də dediyim kimi, ölkə xaricindəndir. Tezliklə bu bəla sovuşsun. Orada yaşayan soydaşlarımıza Allah kömək olsun”.

Cəvahir