Azərbaycanlı müğənniyə vəzifə verildi – FOTO

Azərbaycanlı müğənni, Prezident təqaüdçüsü, vokalçı Amil Həsənoğluna vəzifə verilib.

Yenicag.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin qərarı ilə müğənni Rza Qobustanlı adına Mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Həsənoğlu bəstəkar Tahir Əkbərin “Amin” mahnısı ilə məşhurlaşıb.

Cəvahir