Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı namizəd Zaur Darğallı Gürcüstanda gənclərlə görüşdü - FOTO

Reklam: Sinerji Pro

Oktyabr ayında keçiriləcək parlament seçkilərində hakim “Gürcü arzusu” partiyasının azərbaycanlı namizədi Zaur Darğallının seçkiöncəsi təbliğat-təşviqat kompaniyası çərçivəsində görüşləri uğurla davam edir.

Görüşlərə bu günədək yüzlərlə vətəndaş qatılaraq öz dəstəklərini nümayiş etdiriblər.

Hər bir görüşdə gənclərə xüsusi yerin ayrılması təsadüfi deyil. Fəaliyyəti dövründə hər zaman gənclərin inkişafına xüsusi diqqət və dəstək verən Zaur Darğallı bu sahədə çoxsaylı işlər görən azsaylı məmurlardandır.

Beləliklə, merliyi dövründə Zaur Darğallının təşəbbüsülə “Gənclər proqramı” həyata keçirildi hansı ki, Marneulidən olan gənclərə bir çox sahədə dəstəyi nəzərdə tutur. Təqaüd proqramları, tələbələrin yol nəqliyyat xərclərinin ödənilməsi, imkansız ailələrə dəstək, gənclərin idealarına dəstək və s. Bundan başqa fəaliyyəti dövründə şəxsi təşəbbüsülə onlarla gəncin dövlət strukturlarında, o cümlədən yerli özünüidarəetmə orqanlarında gənclərin işlə təmin olunma prosesi bu gün də davam edir. Onların sağlam böyüməsi üçün hər bir vahidlikdə idman meydançalarının inşaası, uşaq meydanları və parkların salınması da görünən çoxsaylı işlərdəndir.

Keçirilən görüşdə də bu işlər haqqında fikirlərini bölüşən gənclər namizədə təşəkkür edərək bu və digər layihələrin önəmindən danışdılar. Zaur Darğallı isə bundan sonra da daha geniş şəkildə gənclərə dəstək proqramının həyata keçiriləcəyini qeyd edərək, platformasında gənclər məsələlərinə geniş yer ayırıldığından danışdı.

“Sağlam düşüncəli gənclik ölkəmizin inkişafına və irəli getməsinə zəmanət verən bir qüvvədir.

Vətəninə aşiq olan bu cür cəsarətli, praqmatik düşünən gəncləri yanımızda gördüyüm üçün şadam. Onlar bizlərə güvəndilər və təmənnasız dəstək verdilər. Buna görə də onların qarşısında xüsusi məsuliyyət hiss edirəm.

Bu gün biz, onların inkişaflarına şərait yaratmaq, nöqteyi-nəzərimi və gələcək planlarımı yerli səviyyədə bölüşmək üçün yenidən görüşdük.

Munisipalitetin inkişafı, gənclərin fəallığı və onların özünüidarəetmənin inkişafındakı rolları ilə bağlı vacib məsələləri müzakirə etdik və razılığa gəldik.

Hər birinə təşəkkür etmək istəyirəm, çünki onların dəstəyi və yanımda dayanması mənim böyük motivasiyamı daha da artırır”.

www.yenicag.az

287