Azərbaycanlı nazir işdən çıxarıldı

Ötən gün saxlanılan və korrupsiyada ittiham olunan Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov vəzifəsindən çıxarılıb.

Vəkilinin sözlərinə görə, Milli Antikorrupsiya Bürosu məmuru vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və 70 milyon dollar dövlət əmlakını mənimsəməkdə ittiham edir.

Nazirlər Kabineti Roman Nəsirovun səlahiyyətlərinin icrasını onun müavini Miroslav Prodana həvalə edib.

Yeniçağ.az