Azərbaycanlı nazir Putinlə bir tədbirdə

Natiq-EliyevBu gün İranda keçiriləcək Qaz İxrac edən Ölkələrin Forumunda (Gas Exporting Countries Forum – GECF) Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edir.

Bu barədə AzVision.az- İranın Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Natiq Əliyev hazırda İranın paytaxtı Tehrandadır.

Qeyd edək ki, noyabrın 23-də Tehranda keçiriləcək Qaz İxrac edən Ölkələrin Forumunun sammitində Rusiya prezidenti Vladimir Putin, İraq, Venesuela, Nigeriya və Boliviyanın dövlət başçıları iştirak edəcək.

Qonaq kimi sammitə Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov dəvət olunub.