Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastikasının 29-cu Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib.