!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı nazirin Londonda evi üzə çıxdı

!Reklam – Yazi

109102_res_01Ukraynanın Dövlət Fiksal Xidməti rəhbərinin müavini vəzifəsindən bu günlərdə çıxarılmış Konstantin Likarçuk daşınmaz əmlak reyesterində yer alan məlumatları paylaşıb.

Həmin məlumatlarda Dövlət Fiksal Xidməti rəhbəri Roman Nəsirovun Londonda daşınmaz əmlak sahibi olduğu göstərilir. Sənədlərdən belə məlum olur ki, Azərbaycan əsilli nazirin Londonda mənzili var.

Roman Nəsirov

K.Likarçuk bəyan edib ki, R.Nəsirov bu mənzilə sahib olduğunu dövlətdən gizlədərək onu gəlir bəyannaməsində göstərməyib.

K.Likarçuk öz facebook səhifəsində reyesterdən çıxarışın surətini də paylaşıb. Sənəd 2015-ci ilin mayında təsdiqlənib. Oradan belə məlum olur ki, Nəsirov Londondakı həmin mənzili 2007-ci ildə alıb. Mənzil bu ünvanda yerləşir: London, Flat 5, 3 Limeharbour, Е14 9LS.

K.Likarçuk bildirib ki, Nəsirov xaricdəki daşınmaz əmlakını Ukrayna dövlətindən gizlətdiyi üçün onu yerli qanunlara görə, 10 il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan məhrumetmə cəzası gözləyir(virtualaz).

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv