Azərbaycanlı neft mütəxəssisi beynəlxalq mükafata layiq görüldü

13443960_569327129940015_297736462_nwsdNorveçin “Statoyl” Neft Şirkətində yeraltı dəstək mərkəzində aparıcı mühəndis kimi çalışan Rüfət Stavangerdə Neft Mühəndisləri Cəmiyyətinin (SPE Stavanger) “İlin gənc mühəndisi” mükafatına layiq görülüb.

Yenicag.az AzNews.az-a istinadən xəbər verir ki, o, Statfyordun istismar müddətini bitirmiş iki quyusunda boruların tərs qaz axını sisteminin quraşdırılması (İGLS) layihəsində fəaliyyətinə görə mükafatlandırılıb. Bu layihə zəif, ikinci dərəcəli maneələr səbəbiylə şərti qaz axınının tətbiqinin mümkün olmamasından lay təzyiqi ilə boşaldılmış quyularda hasilatı artırmaq və ya başlamaq üçün alternativ həll kimi irəli sürülüb. “Bu, iqtisadi səmərəli və alternativ həllər üçün tətbiq olunan ən mükəmməl mühəndislik nümunəsidir. Sən bu mükafata layiqsən, Rüfət!” deyən şirkətin qazma və mühəndislik bölməsinin vitse-prezidenti Erik G. Kirkemo həmyerlimizin layihəsini yüksək qiymətləndirib. Qeyd edək ki, Rüfət Babayevin aldığı nəticələr barədə məruzəsi 2015-ci ilin martında Neft Mühəndisləri Cəmiyyətinin (SPE) ABŞ-ın Hyuston şəhərində keçirdiyi beynəlxalq konfransında da böyük maraqla qarşılanıb.

5 ildən çoxdur ki, Statoyl şirkətində çalışan R.Babayev bu şirkətdə işə başlamazdan əvvəl Xəzər dənizində BP Azərbaycanda çalışıb. O, Almaniyanın Freiberg Mədən Akademiyası Texniki Universitetinin Neft mühəndisliyi üzrə magistr dərəcəsini alıb. Layihə mühəndisi və dizayn, planlaşdırma və icra lideri kimi fəaliyyət göstərib, müxtəlif sahələrdən olan həmkarlarıyla Statfyord quru və dənizdə müdaxilə komandasıyla işləyib, müəllifi olduğu İGLS layihəsi 2014-cü ilin iyul-oktyabr aylarında Statfyord A quyularında uğurla quraşdırılıb.

Məlumat üçün qeyd edək ki, Neft Mühəndisləri Cəmiyyətinin təsis etdiyi bu mükafat neft mühəndisliyi peşəsində və neft sənayesində müstəsna xidmətlərinə, liderlik keyfiyyətlərinə görə verilir.

COP29