Azərbaycanlı oliqarxın saxlanılan oğlunun üzərindən bunlar çıxdı – ŞOK VİDEO / FOTO

Moskvanın “Vnukovo” hava limanında iş adamı Mehrac Babayevin oğlu Ziya Babayev saxlanılıb. İstanbuldan Moskvaya gəlmiş Z.Babayev gizli yolla Rusiyaya 36 milyon rubl (təxminən 500 min ABŞ dolları) dəyərində qızıl-zinət əşyaları gətirməkdə şübhəli bilinir.

Yenicag.az xəbər verir ki, Mehrac Babayevin şirkəti Əli Həsənov və Vüqar Səfərlinin sifarişi ilə jurnalistlər üçün iki bina inşa edib. Eyni zamanda, Babayev vaxtilə AXC-nin radikal üzvlərindən biri və Şıx taborunun komandiri olub.

Xatırladaq ki, 2009-cu ildə azərbaycanlı oliqarxların bir qrup övladı İsveçrədə bahalı idman avtomobilləri ilə yarışan zaman Mehrac Babayevin oğlunun günahı üzündən baş verən qəza nəticəsində 70 yaşlı alman təqaüdçü xəsarət almışdı.

Bu səs-küylü qəza barəsində danışan Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Sovet hakimiyyəti dövründə cəmiyyətin müəyyən təbəqələrində öz imkanlarını nümayiş etdirmək üçün qızıl diş taxdırmaq dəbi mövcud idi.

“Baxın, “Lamborghini” və başqa bahalı əşyalar həmin qızıl dişlərdir”, – deyə Putin vurğulamışdı.

Onu da xatırladaq ki, Mehrac Babayev oğluna İstanbuldakı “Çırağan” sarayında dəbədəbəli toy etmişdi.