Azərbaycanlı oliqarxın tankerində fövqəladə hadisə: ölən var

128547_res_01Azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsus tankerdə zəhərli qazdan kütləvi zəhərlənmə baş verib və bir heyət üzvü ölüb. Daha 3 heyət üzvü xəstəxanaya yerləşdirilib.

Hadisə İtaliyanın Vasto limanı istiqamətində baş verib.

İtaliya mənbələrinin yaydığı xəbərə görə “Palmali Shipping” şirkətinə məxsus, Rusiya bayrağı altında üzən “Araz River” tankeri Vasto limanını tərk edəndən sonra ekipaj üzvlərindən üçü göyərtədə təmizləmə işləri aparıblar. Bu zaman kimyəvi maddələrdən istifadə olunub və toksik qazların ətrafa yayılması nəticəsində bir ekipaj üzvü yerindəcə keçinib. Qalan ikisi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. İnsidentin dənizin məhz hansı rayonunda baş verdiyi məlum deyil, lakin baş verənlərdən sonra tanker yenidən Vasto limanına geri qayıdıb.(virtualaz)