!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı pianoçu traktor qoşqusunda konsert verdi - FOTO

!Reklam – Yazi

Azərbaycanlı Fortepiano ifaçısı, “Qran-Pri” mükafatçası Tofiq Şıxıyev “19 may 1919 – Milli Mübarizənin Yüzüncü İli”nə həsr olunmuş proqram çərçivəsində Türkiyənin Çorum bölgəsində traktor üzərində konsert verib.

Yenicag.az xəbər verir ki, Çorumun İskilip rayonunun bələdiyyə sədri Bestami Alkanın təşkilatçılığı ilə “19 may 1919 – Milli Mübarizənin Yüzüncü İli” münasibətilə təşkil edilmiş tədbirə sənətsevərlərin marağı böyük olub.

Tədbir çərçivəsində azərbaycanlı pianoçu Tofiq Şıxıyev diqqətləri öz üzərinə çəkə bilib. Belə ki, Tofiq Şıxıyev traktor qoşqusu üzərində konsert verib.

İskilip rayonunun Yalak kəndində tarixi 300 ildən çox olan Tarixi Su Dəyirmanı önündə verilən konsertə Tofiq Şıxıyev traktor qoşqusu üzərində piano ifa edərək gəlib. Burada təşkil olunmuş iftar yeməyindən sonra Tofiq Şıxıyev səhnəyə çıxaraq dinləyicilərə unudulmaz anlar yaşadıb.

Bələdiyyə sədri Bestami Alkan Milli Mübarizənin 100-cü ildönümü münasibətilə təşkil olunmuş tədbirdə Tofiq Şıxıyevi qonaq etməkdən məmnunluq duyduqlarını dilə gətirib, Tofiq Şıxıyev isə öz növbəsində burada konsert verməyin onun üçün şərəf olduğunu qeyd edib.

Aqil Bəkir

www.yenicag.az

2492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv