Azərbaycanlı professor beynəlxalq konfransda “erməni məsələsi”ndən danışdı

Türkiyənin Van şəhərində Cümhuyiyyətin qurulmasının ilk illərində cərəyan edən proseslərə həsr olunmuş beynəlxalq konfrans keçirilir.

Yenicag.az xəbər verir ki, Kayseri Ərciyəs Universitetinin professoru, qondarma “erməni soyqırımı” iddialarına qarşı beynəlxalq miqyasda effektli mübarizə aparan ermənişünas alim Qafar Çaxmaqlı Van şəhərində keçirilən konfransda məruzə ilə çıxış edib.

Türk Tarix Qurumu və Van Yüzüncü Yıl Universitetinin birgə təşkilatçılığı ilə baş tutan “Hakimiyet-i Milliye” mövzusundakı konfransda professor Qafar Çaxmaqlının təqdim etdiyi “Ermənicə sənədlərin işığında Hakimiyet-i Milliye ve ermeniler” adlı məruzə maraqla qarşılanıb.

Professor Çaxmaqlı məruzəsində Türkiyə Cümhuriyyətinin qurulmasına aparan yolda və Cümhuriyyətin yaradılmasından sonrakı dönəmdə cərəyan edən prosesləri ətraflı dəyərləndirib. Çox sayda yerli və əcnəbi məruzəçinin qatıldığı beynəlxalq konfrans 3 gün davam edəcək.

Qeyd edək ki, Azərbaycanlı alim Qafar Çaxmaqlı 2011-ci ildən etibarən, Kayseri Ərciyəs Universitetində işləyir. Ərciyəs Universitetinin Senatı qondarma “erməni soyqırımı” iddialarına qarşı apardığı obyektiv mübarizə ilə beynəlxalq səviyyədə tanınan Qafar Çaxmaqlıya 2016-cı ildə professor elmi dərəcəsi verib.

Professor Qafar Çaxmaqlının Türkiyədə və Azərbaycanda “erməni məsələsi”nin mahiyyətini obyektiv şəkildə işıqlandıran 10 kitabı nəşr olunub.

COP29