Barselonada 56 yaşlı İspaniya və 46 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, onlar aeroportda ələ keçiblər. Belə ki, hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları kişinin özünü qəribə aparmasından şübhələniblər. Ətraflı yoxlamalardan sonra həm onun, həm də azərbaycanlı qadının bütövlükdə 2,7 kq kokaini San-Pauluya aparmağa çalışdıqları üzə çıxıb.
Hər iki şəxs saxlanılıb. Azərbaycanlı qadının narkotik alveri ilə məşğul olan qrupda hansı rolu oynadığı barədə ətraflı məlumat verilmir.