Azərbaycanlı qadın sevgilisini bıçaqladı – Körpəsini boğduğu üçün – FOTOLAR

Türkiyənin Konya vilayətində yaşayan azərbaycan əsilli qadın sevgilisini bıçaqlayaraq, qətlə yetirib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Aysel Eşme adlı qadın ərindən boşanaraq, sevgilisi ilə yaşamağa başlayıb. Keçmiş həyat yoldaşından 9 aylıq oğlu olan gənc qadın körpəsini sevgilisinə tapşıraraq, çalışdığı bara yollanıb.

Ayselin sevgilisi Umut Eker həmin axşam körpəni təcili şəkildə xəstəxanaya çatdırıb. Polisə ifadə verən Eker körpənin əvvəlcə nəfəs almaqda çətinlik çəkdiyini, daha sonra isə boğulduğunu söyləyib.

Hadisədən xəbər tutan Aysel Eşme keçmiş əri ilə Umut Ekerə hücum çəkib. Qadın sevgilisini qovub, daha sonra isə ona yeddi yerdən bıçaq zərbəsi endirib. Hadisə nəticəsində Eker dünyasını dəyişib.

Aysel Eşme sevgilisinin 9 aylıq övladını boğaraq, öldürdüyünü söyləyib.

Faktla bağlı cinayət işi açılıb.