Azərbaycanlı qadın Türkiyədə öldürüldü

68-yasindaki-adam-beraber-yasadigi-66-yasindaki-kadini-oldurdu-1476689982Türkiyədə azərbaycanlı qadın birgə yaşadığı şəxs tərəfindən öldürülüb.

Hadisə dünən Balıkəsir rayonunun Bigadiç qəsəbəsində qeydə alınıb.

68 yaşlı Ş.F 4 aydır birlikdə yaşadığı Azərbaycan əsilli Türkiyə vətəndaşı, 66 yaşlı Samaya K.L ilə mübahisə edib.

Mübahisə nəticəsində Samaya K. evi tərk etmək istəyib. Lakin bununla razı olmayan Ş.F Samaya K.-nı şərflə boğaraq qətlə yetirib. Qətldən sonra Ş.F. Polis Şöbəsinə gələrək təslim olub.