!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı qadınla evlənəcəksən deyib, 18 min "atdılar"

!Reklam – Yazi

Türkiyənin Bolu şəhərində azərbaycanlı qadınla evlənmək istəyən kişi dələduzluğun qurbanı olub.

Yenicag.az xəbər verir ki, bu səbəbdən Şərafəddin Çevik 18 min türk lirəsi ziyana düşüb.

Məsələ burasındadır ki, Metin Haberci adlı şəxs  Şərafəddini azərbaycanlı Mervə adlı qadınla tanış edib. Qadın Şərafəddinlə evlənmək üçün “oturma izni”nin olmadığını bildirib. Bu məqamda Metin Haberci problemi həll edə biləcəyini, bunun üçün 18 min lirə lazım olduğunu söyləyib. Şərafəddin lazım olan məbləği ödədikdən sonra nə qadından, nə də Metindən xəbər çıxıb.

Sonda dələduzluğun qurbanı olduğunu başa düşən Şərafəddin polisə müraciət edib.

www.yenicag.az

14549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv