!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı “qanuni oğru” qadın təcridxanasında saxlanılır? - Sensasion məlumat

!Reklam – Yazi

Bir müddət öncə Rusiyanın paytaxtı Moskvada həbs olunan azərbaycanlı qanuni oğru Hacı Beyləqanski (Hacıbaba Talıbxanlı) ilə bağlı sensasion məlumat yayılıb.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı Beyləqanski Rusiya paytaxtında yerləşən 6 saylı istintaq təcridxanasına köçürülüb.

Maraqlıdır ki, Şosseynaya küçəsində yerləşən bu təcridxana qadınlar üçün nəzərdə tutulub. Rusiya pentensiar xidmətinin azərbaycanlı qanuni oğrunu niyə məhz bu həbsxanaya göndərdiyi dəqiq bilinmir. Yeganə bilinən odur ki, sırf qadınlar üçün nəzərdə tutulan bu təcridxanada saxlanılan yeganə kişi məhbus məhz Beyləqanskidir. O, iyunun 9-dan etibarən məhz bu məkanda saxlanılır.

Xatırladaq ki, Moskva şəhər Xoroşevski Məhkəməsi tərəfindən Hacı Beyləqanski barəsində 29 günlük həbs qətimkan tədbiri seçildi. Azərbaycanlı qanuni oğruya Rusiya Cinayət Məcəlləsinin 105 (adam öldürmə), 105.2 (iki və daha çox insan öldürmək) maddələri ittiham verilib.

Qeyd edək ki, Hacı Beylaqanski 1982-ci il martın 29-da Beyləqan rayonunda anadan olub. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gedib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra “Hacı Beyləqanski” kimi tanınıb.

Hacı Beyləqanski mayın 31-də Rusiyanın Daxili İşlər Nazirliyi və Federal Xidmətlər Bürosu tərəfindən Moskva şəhərindəki ”Belıy dom” restoranında saxlanılıb. O, Moskvada 2012-ci ildə kriminal avtoritet Ded Xasanın (Aslan Usoyan) və yaxın tərəfdarlarından biri İlqar Əliyevi öldürməkdə ittiham olunur.

www.yenicag.az

2763
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv