Azərbaycanlı “qanuni oğru”lar arasında açıq savaş başladı

Sankt-Peterburqda “Lotu Qulu” ləqəbli “qanuni oğru” Nadir Səlifovun yaxın adamı öldürülüb.

Yeniçağ.az cebhe.info-ya istinadən xəbər verir ki, öldürülən şəxs 42 yaşlı Azərbaycan vətəndaşı Cabir Həsənovdur. Onu 28 apreldə Lenin prospektində öldürüblər. Şahidlər bildirib ki, qətli törədənlər Infiniti maşınında hadisə yerindən qaçıb.

Öldürülən şəxs 2016-cı il dekabrında Rafiq Massalinski ilə bağlı qarşıdurmada iştirakçı olub. O zaman “oğru”nun qulağı kəsilmişdi. Hətta hadisəyə dair videolar da yayılmışdı. Məlumatlara görə, indiki qətl o zaman baş verən hadisənin qisasıdır. Eyni zamanda Cabir Həsənovun adı İstanbulda öldürülən Rövşən Lənkəranskinin qətli ətrafında da hallanırdı. O zaman Cabir Həsənov Türkiyədə olub.

Qeyd olunur ki, Lotu Quli və Rafiq Masallinski arasında “savaş” 2016-cı ildə alovlanıb. O zaman Rafiq Massalinski İstanbuld Rövşən Lənkəranskinin qohumu ilə görüşərək ondan Lotu Quliyə qarşı mübarizədə yardım istəyib. Hətta müəyyən məbləğ qarşılığında Lotu Qulinin doğma qardaşlarının yerini deməyi təklif edib. Quli dərhal bu barədə məlumat alıb. Artıq 10 yanvar 2017-ci ildə Bakıda iki klan üzvləri arasında ilk açıq qarşıdurma qeydə alınıb və 20 nəfər iştirak edib.

Qeyd edək ki, Rafiq Masallinski 2012-ci ildə “taclandırılıb”.

Yeniçağ.az